"Özünüz ciddi adam ola bilmirsiniz, cəhənnəmə, başqalarına pis nümunə olmayın!” "Özünüz ciddi adam ola bilmirsiniz, cəhənnəmə, başqalarına pis nümunə olmayın!”

Qənimət Zahid: "Qurtarın bu meymunluğu"

"Özünüz ciddi adam ola bilmirsiniz, cəhənnəmə, başqalarına pis nümunə olmayın!”

"Qənimət Zahid dava istəyirsə, buyursun. Onu fakt qarşısında qoyaram və elə faktlar açıqlayaram ki, bir daha "Azadlıq" qəzetini oxuyan olmaz. Sayıtınız vasitəsilə ona çatdırın ki, Vidadi İsgəndərli çaşmır, çaşdırır".


Bunu Teleqraf.com-a açıqlamasında hüquq müdafiəçisi, bir neçə gün öncə prezidentliyə namizədliyini irəli sürmüş Vidadi İsgəndərli "Azadlıq" qəzetinin baş redaktoru Qənimət Zahidin onun barəsində səsləndirdiyi ittihamlara münasibət bildirərkən qeyd edib.

V.İsgəndərli Facebook sosial şəbəkərində yazıb ki, namizədliyini irəli sürməsi barədə "Azadlıq" qəzeti heç bir məlumat verməyib: "Əli Kərimli müsahibəyə icazə verməyib. Bü gün prezidentliyə namizədliyimlə bağlı bütün müstəqil KİV-lər məndən müsahibə aldı, balam kimi doğma "Azadlıq" qəzetindən başqa. Bu gündən mənəvi balam olan "Azadlıq" qəzetini də sənə görə (Əli Kərimliyə) itirdim".

"Azadlıq" qəzetinin baş redaktoru Qənimət Zahid Facebook-da V.İsgəndərlinin ünvanına sərt sözlər yazıb: "Vidadinin ya ağlını, ya da profilini oğurlayıblar. Əgər profili əlindən alınıbsa, o halda oğurluqdu, vəssalam. Əgər "Azadlıq" qəzeti haqqında "mənim mənəvi balam" ifadəsini işlədən Vidadi İsgəndərlinin kəndisidirsə, o zaman bu kobud səhvi aradan qaldırmaq onun mənəvi borcudur. Qurtarın bu meymunluğu, hörmətli bəylər! Hərəniz gedib bir-iki il "srok" yatıb Allahlıq iddiasına düşmək kimi yaramaz xasiyyətlərinizə son qoyun. Özünüz ciddi adam ola bilmirsiniz, cəhənnəmə, başqalarına pis nümunə olmayın!"

V.İsgəndəli isə qeyd edir ki, Q.Zahidin türmədə necə yatdığı hər kəsə məlumdur: "Mənim ağzımı açdırmasınlar. Hamı mənim də, Qənimətin də necə "srok" çəkdiyini bilir. Hər şeyi demək istəmirəm. Əlimdə elə faktlar var ki… Qənimət Fransada oturub nağıl danışır, özünü qəhrəman kimi təqdim edir. Mənim ailəm isə burada təhlükədədir. İki azyaşlı qızımla Avropa dövlətlərinin birinin Bakıdakı səfirliyində qalmalı olmuşam. Səfirliyin adını açıqlamalaq istəmirəm. Təhlükə barədə ölkə başçısına müraciət eləmişəm. Prezident söz verib ki, Vidadi İsgəndərlinin ailəsinin təhlükəsizliyi təmin olunacaq. Amma Qənimət gedib oturub Avopada, burada mübarizə aparanları aşağılamaqla məşğuldur. Qənimətə çatdırın ki, Vidadi çaşmır, çaşdırır".

AzNews.az