Bakıda 4 avtomobil toqquşub, xəsarət alanlar var

Bakıda zəncirvari yol qəzası baş verib. APA-nın məlumatına görə, hadisə Heydər Əliyev prospektində qeydə alınıb. Qəza nəticəsində "Nissan Tida" , "Hyundai Sonata," "Mercedes" , "Hyundai Axcent" markalı avtomobillər toqquşub. Nəticədə 2 avtomobilin sürücüsü xəsarət alıb, prospektdə tıxac yaranıb. Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları hazırda tıxacın aradan qaldırılması istiqamətində iş aparır.

AzNews.az