Bakıda yaşayış binasında yanğın hadisəsi baş verib. Bakıda yaşayış binasında yanğın hadisəsi baş verib.

Bakıda yaşayış binasında yanğın - Bir nəfər zəhərləndi

Bakıda yaşayış binasında yanğın hadisəsi baş verib.

AzNews.az FHN-in rəsmi saytına istinadən xəbər verir ki,Bakı şəhəri, Suraxanı rayonunda çoxmərtəbəli yaşayış binasının pilləkən qəfəsinin beşinci mərtəbəsində köməkçi tikilinin içərisində yığılmış ev əşyaları 4 m2 sahədə yanıb.

Yanğın zamanı tüstüdən zəhərlənmiş 1 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təxliyə olunub.

Mənzillər yanğından mühafizə olunub və yanğın söndürülüb.