Lənkəranda yol qəzası olub, biri ağır olmaqla iki nəfər xəsarət alıb Lənkəranda yol qəzası olub, biri ağır olmaqla iki nəfər xəsarət alıb

Lənkəranda avtomobil motosikletlə toqquşdu - Xəsarət alanlar var

Lənkəranda yol qəzası olub, biri ağır olmaqla iki nəfər xəsarət alıb

AzNews.az APA-ya istinadən xəbər verir ki, hadisə axşam saatlarında Ələt-Astara magistral yolunun rayonun Digah kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

"VAZ-2107" markalı avtomobil ilə "Muravey" markalı motosikletin toqquşması zamanı sonuncunun sürücüsü və sərnişini yaralanıb. Bunlar şəhər sakini, Qurban Abbasov və rayonun Ürgə kənd sakini, Samir Şiriyevdir.

Yaralılar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına gətirilib. Xəsarət alanlardan sürücü Q. Abbasovun vəziyyəti daha ağır qiymətləndirilir. Hər iki şəxs xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib. Hazırda onlara tibbi yardım göstərilir.

Faktla bağlı araşdırma aparılır.

image description image description image description