Şəmkir rayonunda yol qəzası nəticəsində yaralananların adları məlum olub. Şəmkir rayonunda yol qəzası nəticəsində yaralananların adları məlum olub.

Şəmkirdə yük maşını ilə minik avtomobili toqquşdu - Yaralıların adları məlum oldu (Yenilənib)

Şəmkir rayonunda yol qəzası nəticəsində yaralananların adları məlum olub.

AzNews.az Report-a istinadən xəbər verir ki, bunlar Zenfira Ənvər qızı Məmmədova (1960), Elvin Kamandar oğlu Daşdəmirov (1978), onun həyat yoldaşı Günay Müslüm qızı Həsənova (1982), Günel Vaqif qızı Muxtarova (1985) və Çinarə Asif qızı Kərimovadır (1997).

Yaralılardan dördü Şəmkir Rayon Mərkəzi Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdirilib. Günay Həsənova isə əməliyyata alınıb.

Yük maşınının sürücüsünün xəsarəti yüngül olduğundan ona yerindəcə ambulator yardım göstərilib.

***

20:16

Şəmkir rayonunda yol qəzası baş verib.

AzNews.az Report-a istinadən xəbər verir ki, hadisə Bakı-Qazax avtomobil yolunun Şəmkir rayonu ərazisindən keçən hissəsində baş verib.

Belə ki, betonqarışdıran yük maşını ilə "Mercedes" markalı minik maşını toqquşub. Nəticədə minik avtomobili dərəyə düşü.

Hadisədə 6 nəfər yaralanıb və onlar Şəmkir Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.