- Köhnə - Hadisə
- 12 May 2018 21:44
- 13 745
“KamAZ” aşdı - Sürücü öldü

Göygöl şəhəri ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
DİN-dən AzNews.az-a verilən məlumata görə, mayın 11-də saat 6 radələrində Göygöl şəhəri ərazisində Çaykənd kənd sakini Seymur Aydınov idarə etdiyi “KamAZ” markalı avtomobili aşırıb və nəticədə sürücü hadisə yerində ölüb.