- Köhnə - Hadisə
- 18 Mart 2013 11:35
- 2 535
Çay evində qanlı dava
Qazax rayonunda bıçaqlanma hadisəsi baş verib
Rayon polis Şöbəsindən Lent.az-a verilən məlumata görə, Köçəsgər kəndindəki çayxanada 63 yaşlı Mirbəşir Cabbarov bıçaqlanıb. Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Keçirilmiş əməliyyat-istintaq tədbirləri nəticəsində 63 yaşlı kişinin Elşad Cabbarov adlı şəxs tərəfindən bıçaqlanması müəyyən edilib. Hazırda onun tutulması üçün iş aparılır.
AzNews.az