Öcalandan “silahları yerə qoyun” çağırışı

PKK lideri Abdullah Öcalan hərbi əməliyyatların dayandırılması və kürd silahlılarının Türkiyədən çıxarılması barədə göstəriş verib. Türkiyə mətbuatının yazdığına görə, Öcalan sülh sazişinin Novruz bayramına, yəni martın 21-ə qədər imzalanmasına təkid edir:

"O həmçinin təkid edir ki, silahlıların Türkiyə ərazisindən çıxarılması 16 iyuna qədər başa çatdırılsın. Qorxur ki, hansısa hadisə prosesə təsir göstərə bilər".
Türkiynin baş naziri Rəcəb Tayyib Ərdoğan isə kürd silahlılarına amnistiya tətbiq ediləcəyi barədə xəbərlərə münasibət bildirib. Baş nazir bu barədə yaylan məlumatları təkzib edib.

Türkiyənin ədalət naziri Sadullah Ergin də silahlı PKK üzvlərinin 21 martdan etibarən Türkiyəni tərk edəcəyini gözlədiklərini bildirib. Nazirin sözlərinə görə, bu proses ilin sonuna qədər davam edə bilər.

AzNews.az