Böyük Britaniyanın paytaxtı Londonda, məşhur beş ulduzlu “Mandarin Oriental” hotelində güclü yanğın baş verib. Böyük Britaniyanın paytaxtı Londonda, məşhur beş ulduzlu “Mandarin Oriental” hotelində güclü yanğın baş verib.

Londonun mərkəzində yanğın - Fotolar + Video

Böyük Britaniyanın paytaxtı Londonda, məşhur beş ulduzlu “Mandarin Oriental” hotelində güclü yanğın baş verib.

AzNews.az məlumatına görə, bu barədə İndependent xəbər yayıb.

Hadisə yerinə 100 yanğınsöndürən və 15 texnika cəlb edilib.

Yanğın səbəbi ilə mərkəzi park hesab olunan Hayd Parkın üzəri tamamilə toz dumana bürünüb.

Hadisəyə yaxın yollarda tıxac yaranıb. Nəqliyyatın hərəkəti dayandırılıb.

Hadisənin səbəbləri barədə hələlik açıqlama verilmir.

Görüntüləri sizə təqdim edirik: