- Köhnə - Hadisə
- 7 İyun 2018 17:54
- 5 663
17 yaşlı oğlan intihar etdi - Yenilənib
Cəlilabadda intihar edən şəxsin kimliyi məlum olub.
APA-nın yerli bürosunun xəbərinə görə, intihar edən şəxs 2001-ci il təvəllüdlü Rasim Azər oğlu Məmmədovdur.
Faktla bağlı araşdırma aparılır.
***
17:02
Cəlilabad sakini intihar edib.
APA-nın cənub bürosunun məlumatına görə, hadisə rayon ərazisində qeydə alınıb. İntihar edən şəxsin gənc oğlan olduğu bildirilir. Hazırda onun kimliyi dəqiqləşdirilir.
Meyit müayinə olunmaq üçün Məhkəmə Tibbi-Ekspertiza və Patoloji Anatomiya Birliyinin Cəlilabad Rayon şöbəsinə təhvil verilib.
İntiharın hansı səbəbdən baş verdiyi hələlik məlum deyil.
Faktla bağlı araşdırma aparılır.
AzNews.az