Bakı şəhərinin Nərimanov rayonunda restoranda baş vermiş yanğın söndürülüb. Bakı şəhərinin Nərimanov rayonunda restoranda baş vermiş yanğın söndürülüb.

Bakıda restoranda baş verən yanğın söndürülüb - Yenilənib

Bakı şəhərinin Nərimanov rayonunda restoranda baş vermiş yanğın söndürülüb.

APA xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Əlavə məlumat veriləcək.

***

Saat 10:52

"Nanəli" restoranında yanğının söndürülməsi işləri davam etdirilir.

APA-nın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, yanğın restoranın I və II mərtəbələrində qeydə alınıb.

Yanğın lokallaşdırılıb. İlkin məlumatlara görə, xəsarət alan yoxdur.

Qeyd edək ki, yanğın baş verən əraziyə fövqəladə hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyev baş çəkib.

***
10:34
Fövqəladə Hallar Nazirliyin yaydığı məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Nərimanov rayonunda restoranda yanğın baş verib. Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğın bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvə və vasitələri hadisə yerinə cəlb olunub.

Yanğınsöndürmə işləri davam etdirilir.

AzNews.az

image description image description image description image description