4 gün əvvəl Kürdə batan yeniyetmənin meyiti tapıldı

İyunun 18-də Kür çayının Yevlax şəhəri ərazisindən keçən hissəsində batdığı ehtimal olunan 2002-ci il təvəllüdlü Əlili Ceyhun Eldar oğlunun axtarışları başa çatıb.

AzNews.az-ın FHN-in saytına istinadən verdiyi məlumata görə, C. Əlilinin meyiti Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.