Bu gün səhər saatlarında Bakı metrosunda ölüm hadisəsi baş verib. Bu gün səhər saatlarında Bakı metrosunda ölüm hadisəsi baş verib.

Bakı metrosunda ölüm hadisəsi baş verdi

Bu gün səhər saatlarında Bakı metrosunda ölüm hadisəsi baş verib.

“Bakı Metropoliteni” QSC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Bəxtiyar Məmmədovun "APA-Economics"ə verdiyi məlumata görə, metronun "20 Yanvar" stansiyasının II vestibülündə 1968-ci il təvəllüdlü, Ağsu rayon sakini Qasımov Nazim Bulud oğlunun halı qəfildən pisləşib.

"Metropolitenin əməkdaşları tərəfindən xəstəyə ilkin yardım göstərilib. Hadisə yerinə təcili tibbi yardım çağırılıb. Nazim Qasımovun ürək-damar sistemində problemləri olub. Hadisə yerinə təcili tibbi yardım maşını çatana qədər sərnişin keçinib", - deyə B.Məmmədov vurğulayıb.

AzNews.az