Onun vəziyyətinin ağır olduğu deyilir Onun vəziyyətinin ağır olduğu deyilir

Gülər Əhmədovanın oğlu xəstəxanaya yerləşdirildi

Onun vəziyyətinin ağır olduğu deyilir





Gülər Əhmədovanın hərbi xidmətdə olan oğlu Toğrul Əhmədov təcili Dövlət Sərhəd Xidmətinin Bakıdakı Hospitalına gətirilib.

Bu məlumatı Toğrulun atası Fikrət Əhmədov verib: "Mənə xəbər gəldi ki, oğlunu təcili Dövlət Sərhəd Xidmətinin Bakıdakı Hospitalına gətiriblər. Mənə dediklərinə görə, qolu qırılıb. Amma verilən digər məlumata görə, Toğrulu vurublar. Onu helikopterlə təcili Bakıya gətiriblər. Hələki oğlumla görüşümə icazə vermirlər. Bilmirəm vəziyyəti necədir. Xahiş edirəm ki, oğlumu göstərsinlər ürəyim rahatlaşsın. Amma içəri buraxmırlar. Əgər qolu qırılıbsa Hospitalın rəhbərliyindən bu barədə mənə bir söz də deyən yoxdur. Hələki gözləyirəm. Çox narahatam oğlumun səhhətindən.

Sizin vasitənizlə səslənirəm Hospitalın rəhbərliyinə mənim oğlumla görüşümə icazə versinlər". F. Əhmədov oğlunun Yevlaxda N saylı hərbi hissədə xidmət etdiyini söylədi.(movqe.az)

AzNews.az