Şəkidə 73 yaşlı qadını maşın vurub Şəkidə 73 yaşlı qadını maşın vurub

Şəkidə 73 yaşlı qadını avtomobil vurdu

Şəkidə 73 yaşlı qadını maşın vurub



Şəki rayon-şəhər Polis Şöbəsindən verilən məlumata görə, hadisə Şəki şəhəri Sabit Rəhman küçəsində baş verib.

Şəki sakini, 1992-ci il təvəllüdlü Məmmədov Elnur Ərşad oğlu idarə etdiyi VAZ 21074 markalı avtomobillə yolu keçən piyada, Şəki şəhər sakini, 1940-cı il təvəllüdlü Abduləzizova Çiçək Həsən qızını vurub.

Müxtəlif dərəcəli ağır bədən xəsarətləri alan 73 yaşlı Çiçək Abduləzizova Şəki Mərkəzi Şəhər Xəstəxanasına çatdırılsa da, onu xilas etmək mümkün olmayıb.

Faktla bağlı Şəki RŞPŞ-də cinayət işi başlanıb, araşdırma aparılır.

AzNEws.az