Mingəçevir şəhərində ağır yol qəzası baş verib. Mingəçevir şəhərində ağır yol qəzası baş verib.

Mingəçevirdə yük maşını ilə minik avtomobili toqquşdu

Mingəçevir şəhərində ağır yol qəzası baş verib.

AzNews.az Report-a istinadən xəbər verir ki, “KamAZ” markalı yük maşını ilə “VAZ-21099” markalı avtomobil toqquşub.

Nəticədə hər iki avtomobil deformasiyaya uğrayıb, “VAZ” tanınmaz hala düşüb. Minik avtomobilinin sürücüsü, 1988-ci il təvəllüdlü Şəki rayon sakini Qurbanov Cavad İntiqam oğlu isə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onun vəziyyəti orta-ağır olaraq qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.