Xaçmaz Rayon Mərkəzi Xəstəxanası qaynı tərəfindən bıçaqlanan gəlinin səhhətinə aydınlıq gətirib. Xaçmaz Rayon Mərkəzi Xəstəxanası qaynı tərəfindən bıçaqlanan gəlinin səhhətinə aydınlıq gətirib.

Xəstəxanadan bıçaqlanan gəlinlə bağlı açıqlama - “Həyatı təhlükəsi yoxdur”

Xaçmaz Rayon Mərkəzi Xəstəxanası qaynı tərəfindən bıçaqlanan gəlinin səhhətinə aydınlıq gətirib.

Xəstəxanadan AzNews.az-a verilən məlumata görə, qaynı tərəfindən bıçaqlanan Mirzəyeva Sərfinaz Novruz qızının səhhəti normaldır:

“Müalicə davam edir. Həyatı təhlükəsi yoxdur. Xəstə hazırda cərrahiyə şöbəsindədir”.

Xatırladaq ki,Xaçmazda bıçaqlanma hadisəsi baş verib. “Trend”-in məlumatına görə, Xaçmaz şəhəri R.Sadıqov küçəsində yaşayan Mirzəyeva Sərfinaz Novruz qızı mübahisə zəminində qaynı Mirzəyev Ramiz tərəfindən bıçaqlanıb. R.Mirzəyev şübhəli şəxs qismində saxlanılıb.

Faktla bağlı Xaçmaz şəhər Polis şöbəsində Cinayət Məsəlləsinin 126.1-ci( Qəsdən sağlamlığa ağır zərər vurma) maddəsilə cinayət işi başlanıb.

Bahar RÜSTƏMLİ
AzNews.az