Şəmkirdə meşə massivinə yaxın ərazidə güclü yanğın baş verib. Şəmkirdə meşə massivinə yaxın ərazidə güclü yanğın baş verib.

Şəmkirdə güclü yanğın

Şəmkirdə meşə massivinə yaxın ərazidə güclü yanğın baş verib.

APA-nın qərb bürosunun məlumatına görə, yanğın rayonun Şiştəpə kəndindən başlayaraq Şəmkir–Gədəbəy avtomobil yolunun Yasamal aşırımına kimi ərazini əhatə edib.

FHN-in Şəmkir rayon Yanğından Mühafizə Hissəsindən verilən məlumata görə, ərazidə quru ot və kol-kos yanır.

Alovun yaxınlıqdakı meşə massivinə keçməməsi üçün Tovuz, Gədəbəy və Şəmkirdən də yanğınsöndürmə briqadaları cəlb olunub.

AzNews.az