Bakıda iki maşın toqquşub. Bakıda iki maşın toqquşub.

Bakıda iki maşın toqquşub, 13 nəfər xəsarət alıb

Bakıda iki maşın toqquşub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, iyulun 19-da saat 11 radələrində Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisində Bakı şəhər sakinləri Şahbaz Dadaşovun idarə etdiyi “ZİL” və Vəli Cavadovun idarə etdiyi “QAZel” markalı avtomobillər toqquşub.

Nəticədə V.Cavadovun 13 sərnişini xəstəxanaya yerləşdirilib. Onlardan 12 nəfərinə xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb, 1 nəfərin vəziyyəti qənaətbəxşdir.

Qaradağ RPİ tərəfindən araşdırma aparılır.