Şirvanda baş verən qəzada 3 nəfər xəsarət alıb. Şirvanda baş verən qəzada 3 nəfər xəsarət alıb.

Maşın yoldan çıxaraq aşdı - Yaralılar var

Şirvanda baş verən qəzada 3 nəfər xəsarət alıb.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Şirvan şəhərinin Hacıqəhrəmanlı qəsəbəsində baş verib.

Salyan rayonu Qaraçala kənd sakini, 1973-cü il təvəllüdlü Ağarzayev Bəxtiyar Ağakişi oğlunun idarə etdiyi “Mercedes” markalı avtomobil sürətlə hərəkətdə olarkən yoldan çıxıb və qaz kəmərinə çırpılaraq aşıb. Nəticədə sürücü və avtomobildə olan sərnişinlər - Qaraçala kənd sakinləri, 1973-cü il təvəllüdlü Ağarzayeva Nazənin Adil qızı və 2008-ci il təvəllüdlü Ağarzayev Əmikişi Fikrət oğlu müxtəlif dərəcəli xəsarətlərlə Şirvan şəhər xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı Şirvan polis şöbəsində araşdırma aparılır.

AzNews.az

image description image description image description