Fövqəladə Hallar Nazirliyi şimal bölgəsində baş verən yanğınla bağlı məlumat yayıb. Fövqəladə Hallar Nazirliyi şimal bölgəsində baş verən yanğınla bağlı məlumat yayıb.

3 rayonu ağuşuna alan güclü yanğın Altıağaca keçdi - Yenilənib (Foto)

Fövqəladə Hallar Nazirliyi şimal bölgəsində baş verən yanğınla bağlı məlumat yayıb.

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Quba rayonunun Qonaqkənd və Qırlar kəndlərinin, həmçinin Siyəzən rayonunun İsnov kəndi yaxınlığında (Şabran rayonu ilə sərhəddə) meşəətrafı ərazilərdə yanğın olması barədə məlumat daxil olub.

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğın bölmələri, Aviasiya dəstəsinin 2 ədəd “Mi-17” helikopteri, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Rayon İcra Hakimiyyətlərinin əməkdaşları və yerli sakinlərdən ibarət könüllülər yanğınsöndürmə işlərinə cəlb olunub.

***

16:33

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Siyəzəndə baş verən barədə məlumat yayıb.

ETSN-in mətbuat xidmətindən AzNews.az-a verilən məlumata görə, bu gün saat 14:00 radələrində Siyəzən rayonunun Köhnə Quşçu kəndinin yaxnlığında biçənək sahəsində başlayan yanğın sonradan güclü külək səbəbindən kəndin sərhədində yerləşən Altıağac Milli parkının ərazisinə keçib.

Yanğının söndürülməsinə dərhal Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları, Fövqəladə Hallar Nazirliyinin yerli qüvvələri cəlb olunub.

Hazırda yanğının söndürülməsi üçün operativ tədbirlər görülür.

***

Quba rayonunun Qonaqkənd kəndi ərazində güclü yanğın başlayıb.

AzNews.az APA-ya istinadən xəbər verir ki, bu barədə Qonaqkənd İnzibati Ərazi Vahidliyindən məlumat verilib.

Bildirilir ki, yanğın meşə massivinə də keçib. Quba Dövlət Yanğından Mühafizə hissəsinin əməkdaşları, o cümlədən kənd sakinləri yanğının söndürülməsi üçün çalışır.

Kənd sakinlərinin verdiyi məlumata görə, təxminən 10 hektara yaxın ərazi yanıb.

Siyəzənin Əriziküş kəndi ərazisində qeydə alınan yanğın isə Şabranın Zöhrabkənd kəndinə keçib. Alovun meşəyə yayılması ehtimalı var.

Hər üç ərazinin dağlıq olması və güclü küləyin əsməsi yanğının söndürülməsini çətinləşdirir.

AzNews.az

image description