Quba rayonunun Qasımqışlaq kəndinin yaxınlığında dağlıq ərazidə yanğın başlayıb. Quba rayonunun Qasımqışlaq kəndinin yaxınlığında dağlıq ərazidə yanğın başlayıb.

Qubanın dağlıq ərazisində növbəti yanğın başlayıb

Quba rayonunun Qasımqışlaq kəndinin yaxınlığında dağlıq ərazidə yanğın başlayıb.

Fövqəladə Hallar Nazirliyinin (FHN) yaydığı məlumata görə, yanğınsöndürmə işlərinə FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğın bölmələri, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları, Rayon İcra Hakimiyyətinin canlı qüvvəsi və 1 ədəd texnikası, yerli sakinlərdən ibarət könüllülər cəlb oluub. İlkin məlumata görə, yanğınların yayılmasının qarşısı alınıb.

Hazırda yanğın ocaqlarında müşahidə olunan tüstülənmənin qarşısının alınması üçün tədbirlər davam etdirilir.

AzNews