Azərbaycan Ordusunun mayoru başından güllə yarası aldı

Azərbaycan - Ermənistan qoşunlarının təmas xəttində, Gədəbəy rayonu istiqamətində martın 26-da atəşkəsin pozulması nəticəsində Azərbaycan Ordusunun zabiti yaralanıb.

Müdafiə Nazirlyinin mətbuat xidmətinin rəis müavini, mayor Teymur Abdullayev Trend-ə bildirib ki, mayor Əsgərov Ceyhun başından yaralanıb.

Yaralı zabit hospitala yerləşdirilib və vəziyyəti normal olaraq qiymətləndirilir.

AzNews.az