- Köhnə - Hadisə
- 13 Avqust 2018 19:16
- 4 339
Neftçalada 20 minlik oğurluq - Foto
Neftçala rayonunda 20 min manatlıq qızıl-zinət əşyaları oğurlanıb.
AzNews.az-a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, Neftçala rayonunun Xolqaraqaşlı kənd sakini Vidadi Hüseynov avqustun 12-də rayon Polis şöbəsinə ərizə ilə müraciət edərək evindən 20 000 manat dəyərində qızıl-zinət əşyalarının oğurlandığını bildirib.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən şəxslər - Neftçala rayon sakini Murad Ələkbərov və Salyan rayon sakini Nuruş Əmənov saxlanılaraq Polis şöbəsinə gətirilib.
Dindirilmə zamanı hər iki şəxs törətdikləri cinayət əməlini etiraf ediblər, oğurladıqları qızıl-zinət əşyaları onlardan maddi sübut kimi götürülüb.
Faktla bağlı Neftçala rayon Polis şöbəsinin istintaq bölməsində araşdırma aparılır.