Bərdə şəhərindən 15 km şimalda zəlzələ baş verib Bərdə şəhərindən 15 km şimalda zəlzələ baş verib

Azərbaycanda zəlzələ olub

Bərdə şəhərindən 15 km şimalda zəlzələ baş verib




AzNews.az bu barədə FHN-nin rəsmi saytına istinadən məlumat verilib.

Məlumatda deyilir ki, 28 mart 2013-cü il tarixində saat 02:14-də Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Azərbaycan Milli Elmlər Akademiyası Respublika Seysmoloji Xidmət Mərkəzindən daxil olmuş məlumata əsasən, 28 mart 2013-cü il tarixində Bakı vaxtı ilə saat 01:25-də Bərdə şəhərindən 15 km şimalda zəlzələ qeydə alınıb.

Yeraltı təkanların gücü episentrdə 3 bal olub.
Yeraltı təkanlar Bərdə şəhərində hiss olunub. İlkin məlumata əsasən dağıntı və insan tələfatı olmayıb.

AzNews.az