- Köhnə - Hadisə
- 31 Avqust 2018 16:11
- 3 655
Arı sancdı, öldü... - Rayonda bədbəxt hadisə

Tovuz rayonunda arı sancan qadın dünyasını dəyişib.
AzNews.az xəbər verir ki, arı Hicran Məsiyevanı boynundan, şah damarından sancıb. Ağır vəziyyətdə xəstəxanaya aparılan xəstənin həyatını xilas etmək mümkün olmayıb.
Tovuz Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Paşa Muradov AzNews.az-a açıqlamasında bildirib ki, 46 yaşlı Hicran Məsiyeva xəstəxanaya ölü gətirilib.
Bahar RÜSTƏMLİ
AzNews.az