Qatarların hərəkətində uzun fasilələr yaranıb Qatarların hərəkətində uzun fasilələr yaranıb

Bakı metrosunda növbəti rəzalət

Qatarların hərəkətində uzun fasilələr yaranıb

Bakı metrosunda səhər saatlarında vaqonların hərəkətində problem yaranıb.Trend-in məlumatına görə, metronun "20 Yanvar" və "İnşaatçılar" stansiyası istiqamətində sərnişinlər vaqonlardan boşaldılıb. Vaqonlar tunellərdə 10-15 dəqiqə qalıb.

Bakı Metropolitenində yaranan problemlə bağlı hələlik rəsmi məlumat verilmir.

***
Bu gün səhər saat 10:00 radələrində Bakı Metropolitenində qorxulu anlar yaşanıb. Hadisə şahidlərinin ANS PRESS-ə verdikləri məlumata görə, metronun "20 Yanvar" və "İnşaatçılar" stansiyası istiqamətində hərəkət edən qatar yarım saatdan çox tuneldə qalıb. Qatar tuneldə qalan zaman isə əsl dəhşət sərnişin sıxlığı nəticəsində yaranmış havaszlıqdan yaşanıb.

Sonradan qatar "İnşaatçılar" stansiyasında platformaya gətirilib və sərnişinlər boşaldılıb. Daha sonra "İnşaatçılar" stansiyasında sərnişin sıxlığı olduğu üçün insanlar stansiyadan çölə çıxarılıb. "20 Yanvar" və "İnşaatçılar" stansiyası istiqamətində isə qatarların hərəkəti dayandırılıb.

Bakı Metropolitenindən ANS PRESS-ə verilən məlumata görə, hadisəyə qatarda yaranmış texniki nasazlıq səbəb olub. Hazırda həmin qatarın xəttdən çıxarılması istiqamətində işlər aparılır. Xoşbəxtlikdən hadisə zamanı sərnişinlərdən xəsarət alan olmayıb. Sadəcə "Dərnəgül" istiqamətinə qatarların hərəkətində ləngimələr var. Lakin həmin istiqamətdə hərəkət tam olaraq dayandırılmayıb. Yaxın saatlarda, nasaz qatarın xəttdən çıxarılaraq depoya aparılmasından sonra qatarların normal hərəkəti təmin olunacaq.

AzNews.az