Quba rayon icra hakimiyyətinin başçısı Mübariz Ağayev xəsarət alıb Quba rayon icra hakimiyyətinin başçısı Mübariz Ağayev xəsarət alıb

İcra başçısı yanıb – QUBADA

Quba rayon icra hakimiyyətinin başçısı Mübariz Ağayev xəsarət alıb



AzNews.az xəbər portalına daxil olan məlumata görə, Quba rayon icra hakimiyyətinin başçısı Mübariz Ağayevin səhhətində problem yaranıb və bu səbəbdən də o, bir müddətdir ki, işə çıxa bilmir.

Bizdə olan informasiyaya görə, icra başçısının ayağı yanıb və buna görə də bir neçə gün bundan öncə rayona səfər edən ABŞ-ın ölkəmizdəki səfiri cənab Riçard Morninqstarı özü qarşılaya bilməyib. Qeyd edək ki, verilən rəsmi xəbərlərdə də səfiri onun birinci müavini Yusif Abidovun qarşıladığı qeyd olunurdu.

Əməkdaşımız informasiyanı dəqiqləşdirmək məqsədilə Quba Rayon İcra Hakimiyyəti ilə əlaqə saxlayıb. Quba RİH ictimai-siyasi və humanitar məsələlər üzrə şöbənin baş məsləhətçisi Taryel İbrahimov əməkdaşımıza bu barədə məlumatı olmadığını və məsələylə bağlı dəqiqləşdirmə apardıqdan sonra məlumat verəcəyini söyləsə də, ondan hər hansı konkret cavab ala bilmədik.

Lakin bir müddət keçdikdən sonra RİH başçısının müavini Yusif Abidov bizimlə əlaqə saxlayaraq, informasiyanın mənbəyi ilə maraqlandı. Hədələyici ifadələrlə danışan müavin bizə hər hansı açıqlama vermək əvəzinə isə "xəbərin hardan sızdığını" öyrənməyə çalışırdı. O, ona ünvanladığımız suala isə çox qısa cavab verməklə kifayətləndi: "Nə olar ki? Adamın ayağı sürüşüb yıxılar da. Burada nə var ki".

Sonda qeyd edək ki, Mübariz Ağayev icra başçıları arasında mətbuatla əlaqədən çəkinməyən azsaylı məmurlardan sayılır. Media nümayəndələrinin istənilən müraciətinə həvəslə cavab verən M.Ağayevin rəhbərlik etdiyi İcra Aparatının adi bir xəbərə bu cür bürokratik yanaşması isə anlaşılan deyil.

Ruhiyyə
Aznews.az