- Köhnə - Hadisə
- 13 Sentyabr 2018 13:43
- 4 705
Avtomobil partladıldı - Yaralılar var
Əfqanıstanın cənubundakı Helmand əyalətində partlayış baş verib. Trend-in məlumatına görə, partlayış nəticəsində azı 3 nəfər yaralanıb.
Qeyd olunur ki, hadisə Ləşkargah şəhərində avtomobilin partladılması ilə baş verib.
Məlumata görə, yaralılardan ikisi avtomobildə olub, daha bir nəfər isə yaxınlıqdan keçərkən partlayış baş verib.
Hadisə ilə bağlı məsuliyyəti üzərinə götürən hələ olmayıb. Polis araşdırmaya başlayıb.
AzNews.az