- Köhnə - Hadisə
- 29 Sentyabr 2018 18:52
- 8 258
Avtomobil 59 yaşlı qadını vuraraq ağır xəsarət yetirib
Hadisə Sumqayıtın 17-ci mikrorayon ərazisində baş verib.
Sumqayıt şəhər sakini, 1959-cu il təvəllüdlü İbrahimova Sevil Əhmədağa qızı yolu keçərkən sürücü Elçin Allahverdiyevin idarə etdiyi "Rav-4" markalı, "10-LU-121" dövlət nömrə nişanlı avtomobil tərəfindən vurulub. Yaralı Sumqayıt şəhər Təcili Tibbi Yardım xəstəxanasına çatdırılıb.
Yaşlı qadının vəziyyəti ağır olduğundan o, reanimasiya şöbəsinə yerləşdirilib və süni nəfəs aparatına qoşulub.
Faktla bağlı araşdırma aparılır (report
AzNews.az