Ağcabədi rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Ağcabədi rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Ağcabədidə ailə faciəsi - Ata öldü, 2 oğlu xəsarət aldı

Ağcabədi rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə Yevlax-Bəhramtəpə avtomobil yolunun Qiyamadinli kəndi ərazisində qeydə alınıb.

“Belarus” markalı traktorla “VAZ-2107” markalı avtomobil toqquşması nəticəsində minik avtomobilində olan Mehdi Bayramov ölüb, onun övladları - Səxavət və Hüseyn Bayramov ağır xəsarət alıb. Yaralılar Bərdə rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır. (report)

AzNews.az