“Müəllimlərin hüquqlarının qorunmasına xüsusi diqqət yetiriləcək” “Müəllimlərin hüquqlarının qorunmasına xüsusi diqqət yetiriləcək”

“Vəzifəmiz müəllim peşəsinin nüfuzunu bərpa etməkdir”

“Müəllimlərin hüquqlarının qorunmasına xüsusi diqqət yetiriləcək”




"Məktəblərdə baş verən mənfi hallara qarşı Təhsil Nazirliyi barışmaz olacaq. Məktəb elə bir məkandır ki, orda uşaqların mənəviyyatı formalaşır".

APA-nın məlumatına görə, bunu təhsil naziri Mikayıl Cabbarov Heydər Əliyevin anadan olmasının 90 illiyi münasibətilə keçirilən inşa yazı müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimində deyib.

Nazir bildirib ki, məktəbdəki psixoloji atmosfer uşaqların gələcək həyatını müəyyənləşdirir: "Mən bu məsələdə valideynlərin rolunu da qeyd etmək istərdim. Təhsil Nazirliyinin və təhsil müəssisələrinin təkbaşına vəziyyəti düzəldə bilməsinə inanmaq sadəlövhlük olardı. Bu, eyni zamanda hər bir ailənin, bütövlükdə cəmiyyətin işidir. Bizim mövqeyimiz ondan ibarətdir ki, məktəblərin idarə olunmasında, təhsil ocaqlarında müsbət atmosferin yaradılmasında valideynlərin rolu artırılmalı, bunun üçün islahatlar həyata keçirilməlidir".

M. Cabbarov deyib ki, müəllimlərin hüquqlarının qorunmasına da xüsusi diqqət yetiriləcək: "Onlara hörmətli yanaşma təmin ediləcək. Müəllimlərin maddi təminatı, iş şəraitləri diqqət mərkəzində saxlanacaq. Bizim vəzifəmiz müəllim peşəsinin əvvəlki nüfuzunu bərpa etməkdir".

AzNews.az