16 yaşlı qız intihar etdi - Göygöldə

Göygöldə məktəbli qız intihar edib.

Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə mayın 6-da qeydə alınıb.

Rayon sakini, 16 yaşlı Nuranə Elçin qızı Yusifova yaşadığı evdə özünü asıb.

Onun özünə qəsd etməsinin səbəbləri məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

AzNews.az