Müxalifət liderləri bir arada

Müsavat Partiyası başqanının müavini, "Yeni Müsavat" qəzetinin yazarı Tofiq Yaqublunun hüquqlarını Müdafiə Komitəsinin toplantısı Müsavat qərargahında başlayıb.

Tədbirdə Müsavat Partiyasının başqanı İsa Qəmbər, AXCP sədri Əli Kərimli, "El" hərəkatının sədri Eldar Namazov, Müsavat rəhbərliyi, partiya fəalları, hüquq müdafiəçiləri, vəkillər, jurnalistlər iştirak edirlər.

Xatırladaq ki, Tofiq Yaqublu yanvarın 31-də həbs edilib. Nəsimi rayon məhkəməsinin qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilib. Tofiq Yaqublu Cinayət Məcəlləsinin 233 (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) və 315.2-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət və ya zor tətbiq etmə) maddələri ilə təqsirləndirilir. Hüquq-mühafizə orqanları bildirir ki, Tofiq Yaqublu yanvarın 24-də İsmayıllıya gedərək rayon sakinləri arasında polisə müqavimət göstərmək, heç kimə tabe olmamaq, nəqliyyat vasitələrinin yolunu bağlamaq kimi ictimai-siyasi sabitliyin pozulmasına yönələn çağırışlar edib. Lakin onun özü bu ittihamları rədd edir, ictimaiyyət və beynəlxalq təşkilatlar isə həbsi əsassız sayır.

AzNews.az