- Köhnə - Hadisə
- 11 May 2013 07:48
- 2 110
Bakı-Balakən sərnişin qatarında yanğın
Bakı-Balakən sərnişin qatarında yanğın baş verib
AzNews.az Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, Yevlax rayonu, Yuxarı Qarxun kəndində (rayon mərkəzindən 5 km aralı) "Azərbaycan Dəmir Yolları" QSC-yə məxsus Bakı-Balakən istiqamətində hərəkət edən sərnişin qatarına (7 ədəd vaqon) qoşulmuş teplovozun mühərrikindən çıxan kabelin 1 p.m-i yanıb.
Teplovoz yanğından mühafizə olunub. Yanğın saat 06:10-da yanğınsöndürənlər tərəfindən söndürülüb.
AzNews.az