NİDA-çı gənc ev dustaqlığına buraxılmadı

Bu gün Nəsimi rayon Məhkəməsində N!DA Vətəndaş Hərəkatı İdarə Heyətinin həbsdə olan üzvü Üzeyir Məmmədlinin ev dustaqlığına buraxılması ilə bağlı məhkəmə prosesi keçirilib.

AZNEWS.AZ-ın məlumatına görə, məhkəmə Ü.Məmmədlinin vəkilinin onun ev dustaqlığına buraxılması ilə bağlı vəsatətini rədd edib. Qeyd edək ki, vəkil Yalçın İmanov işə baxan hakimin dəyişdirilməsi ilə bağlı vəsatət versə də, hakim həmin vəsatətə də baxmayıb. Vəkil hesab edir ki, vəsatətə baxan hakim Ü.Məmmədlinin haqqında həbs-qətimkan tədbiri seçən şəxsdir və buna görə də o, ədalətli qərar verə bilməz.

Qeyd edək ki, hazırda "Nida" Vətəndaş Hərəkatının 7 üzvü – Məmməd Əzizov, Bəxtiyar Quliyev, Şahin Novruzlu, Rəşadət Axundov, Üzeyir Məmmədli, Zaur Qurbanlı, Rəşad Həsənov həbsdədir.

Anar
AzNews.az