Fermada yaşayan dostunun ziyarətinə gedən 65 yaşlı kişi iki ulağın hücumuna məruz qalıb Fermada yaşayan dostunun ziyarətinə gedən 65 yaşlı kişi iki ulağın hücumuna məruz qalıb

İki uzunqulaq bir qocanı öldürdü

Fermada yaşayan dostunun ziyarətinə gedən 65 yaşlı kişi iki ulağın hücumuna məruz qalıb




Macarıstanda 65 yaşlı kişi iki uzunqulağın dişləməsi nəticəsində ölüb. Hadisə Vas qraflığının kəndlərindən birində baş verib.

Məlumata görə, Şandor Xorvatın parçalanmış cəsədini tapan kənd sakinləri əvvəl onun canavarlar tərəfindən parçalandığını hesab ediblər. Daha sonra məlum olub ki, skuterlə fermada yaşayan dostunun ziyarətinə gedən Xorvat iki ulağın hücumuna məruz qalıb.

Yaşlı pensiyaçının ulaqlar tərəfindən öldürülməsi isə məhkəmə tibbi ekspertizasının araşdırmalarından sonra məlum olub. Hadisəni araşdıran hüquq-mühafizə orqanları ulaqların tapılaraq tələf ediləcəklərini bildirib.

AzNews.az