Sabahdan Azərbaycanda havanın temperaturu nisbətən enəcək, bəzi yerlərdə yağış yağacaq Sabahdan Azərbaycanda havanın temperaturu nisbətən enəcək, bəzi yerlərdə yağış yağacaq

Havanın temperaturu enəcək

Sabahdan Azərbaycanda havanın temperaturu nisbətən enəcək, bəzi yerlərdə yağış yağacaq



Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, bəzi yerlərdə yağış yağacağı gözlənilir.

Gecə 15-17°, gündüz 22-24° isti olacaq.

Azərbaycan rayonlarında havanın temperaturu gecə 12-17°, gündüz 21-26° isti olacaq.

Əsasən gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir.

AzNews.az