Keçmiş deputat, “Oğuz eli” İctimai Birliyinin rəhbəri Hüseyn Abdullayev yeni əsər yazıb Keçmiş deputat, “Oğuz eli” İctimai Birliyinin rəhbəri Hüseyn Abdullayev yeni əsər yazıb

Hüseyn Abdullayevdən “Mənim Ölkəm” layihəsi- Video

Keçmiş deputat, “Oğuz eli” İctimai Birliyinin rəhbəri Hüseyn Abdullayev yeni əsər yazıb



"Mənim Ölkəm" adlanan əsər Azərbaycan Xalq Cümhuriyyətinin 95 illiyinə həsr olunub. H.Abdullayev "musavat.com"a eksklüziv olaraq Xalq Cümhuriyyətinin 95 illiyi ilə bağlı təbrik mətni də göndərib. Təbrikdə deyilir:

"28 May 1918-ci il... Bu, hər bir Azərbaycan türkü kimi, mənim də qürur duyduğum bir tarixdir. Məhz həmin gün Azərbaycan Xalq Cümhuriyyətinin yaradıldığı rəsmən elan edildi. Bu, Şərqin ilk demokratik respublikası idi. Bu, həm də tarixdə Azərbaycan adına qurulmuş ilk dövlət idi...
Çox təəssüf ki, Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyəti cəmi 23 ay sürdü. Lakin əsarətlə barışmayan Azərbaycan xalqı XX əsrin sonlarında dövlət müstəqilliyinin bərpası uğrunda yenidən mübarizəyə qalxdı. Xoşbəxtlikdən Tanrı mənim də qismətimə bu əzablı, lakin şərəfli missiyanın iştirakçısı olmaq şansını yazdı. Bu mübarizədə hər kəsin arzusu ölkəmizi müstəqil ve xoşbəxt görmək idi.

Müstəqil və Demokratik Azərbaycan uğrunda şəhid olan bütün soydaşlarımıza Allahdan rəhmət diləyirəm. Sizlərə təqdim etdiyim "Mənim Ölkəm" əsərini Azərbaycan Xalq Cümhuriyyətinin 95 illik yubileyinə ithaf edirəm. Cümhuriyyət Günümüz mübarək!" (modern.az)



AzNews.az