Azərbaycanda doğuş zamanı daha bir ölüm faktı baş verib. Azərbaycanda doğuş zamanı daha bir ölüm faktı baş verib.

Ana öldü, uşaq qaldı - Mingəçevirdə

Azərbaycanda doğuş zamanı daha bir ölüm faktı baş verib.


Mingəçevir şəhər Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, A.Şaiq küçəsi ev 11, mənzil 4 ünvanında qeydiyyatda olan Tağıyeva Günel Şahlar qızının doğuş zamanı vəziyyəti pisləşib. Əməliyyat yolu ilə övladını dünyaya gətirən qadın şəhər xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

G.Tağıyevanın dünyaya gətirdiyi uşağın vəziyyətinin qənaətbəxş olduğu bildirilir.

Ölüm faktı ilə bağlı araşdırmalar aparılır.

AzNews.az