Su anbarında həyəcan - Mingəçevirdə

Mingəçevirdə bir nəfər batmaq təhlükəsi ilə üzləşib.

AzNews.az-ın FHN-ə istinadən verdiyi xəbərə görə, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Mingəçevir su anbarında 1997-ci il təvəllüdlü 1 nəfər (ən yaxın xilasetmə məntəqəsindən, təxminən, 150 m məsafədə, nəzarət olunan ərazidə) batmaq təhlükəsi ilə üzləşib.

Vətəndaş FHN-in dalğıc-xilasediciləri tərəfindən xilas edilib və aidiyyəti üzrə təhvil verilib.

AzNews.az