Sabah hava necə olacaq?

Bakı və Abşeron yarımadasında iyunun 13-də hava şəraitinin dəyişkən buludlu, yağmursuz keçəcəyi gözlənilir.



Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, havanın temperaturunun gecə 16-21, gündüz 27-32 dərəcə isti olacağı gözlənilir.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 20-21, Zaqulba, Buzovna, Mərdəkan, Şüvəlanda 21-22, Türkan, Hövsan, Şıx, Sahildə 22-23 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında iyunun 13-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Şərq küləyi əsəcək.

Havanın temperaturunun gecə 16-21, gündüz 28-33, dağlarda gecə 6-11, gündüz 19-24 dərəcə isti olacağı gözlənilir.

AzNews.az