Sabah Bakıda və Abşeron yarımadasında havanın yağmursuz keçəcəyi gözlənilir. Sabah Bakıda və Abşeron yarımadasında havanın yağmursuz keçəcəyi gözlənilir.

Sabaha olan hava proqnozu

Sabah Bakıda və Abşeron yarımadasında havanın yağmursuz keçəcəyi gözlənilir.




Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan verilən məlumata görə, havanın temperaturu gecə 21-23°, gündüz 33-35° isti olacaq.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 22-23°, Zuğulba, Buzovna, Mərdəkan, Şüvəlanda 23-24°, Türkan, Hövsan, Şıx, Sahildə 24-25° isti olacaq.

Azərbaycan rayonlarında da hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Havanın temperaturu gecə 17-22°, gündüz 30-35° isti olacaq. Bəzi yerlərdə 37 dərəcəyədək isti olacağı gözlənilir.

AzNews.az