Ərzaq mağazası və kafe yandı


Bakı şəhəri, Xəzər rayonunda icarəyə götürülən ümumi sahəsi 20 kv.m olan ərzaq mağazasında 5 kv.m sahədə ərzaq malları yanıb. Bu barədə məlumatı Fövqəladə Hallar Nazirliyi yayıb. Mağaza yanğından mühafizə olunub. Yanğın saat 01.20-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bakı şəhəri, Nəsimi rayonunda 4 mərtəbəli yaşayış binasının zirzəmisində vətəndaş tərəfindən icarəyə götürülmüş ümumi sahəsi 35 kv.m olan kafenin mətbəxində elektrik şiti, 6 p.m elektrik naqilləri yanmış və yüksək temperaturdan mətbəxin lambirdən ibarət tavanı 6 kv.m sahədə əriyib. Kafenin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 01.30-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Elnarə
AzNews.az