İtkin düşmüş məktəblinin meyiti tapıldı

Sumqayıtda itkin düşmüş məktəblinin meyiti tapılıb.

Sumqayıt Şəhər Polis İdarəsindən APA-ya verilən məlumata görə, iyunun 30-da Sumqayıt şəhər sakini, 16 yaşlı Mehman Südeyif oğlu Ələkbərovun itkin düşməsi barədə polisə məlumat daxil olub. Daxil olan məlumat əsasında həyata keçirilən tədbirlər nəticəsində M. Ələkbərovun suda boğulmuş meyiti Novxanı bağlarında çimərlikdə tapılıb.

Faktla bağlı araşdırma aparılır.

AzNews.az