Hava necə olacaq?

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamenti sabah gözlənilən hava proqnozunu açıqlayıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, iyulun 1-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, yağmursuz keçəcəyi gözlənilir.

Axşam buludluluq artacaq. Cənub-qərb küləyi günün ikinci yarısında arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturunun gecə 20-24 dərəcə, gündüz 30-35 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarına gəlincə, iyulun 1-də hava əsasən yağmursuz keçəcək. Lakin axşam bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, gündüz arabir güclənəcək. Temperatur gecə 18-23 dərəcə, gündüz 34-39 dərəcə isti, dağlarda gecə 11-16 dərəcə, gündüz 23-28 dərəcə isti olacaq.

AzNews.az