- Köhnə - Hadisə
- 1 İyul 2013 12:45
- 1 048
Nənə və nəvə yol qəzasının qurbanı oldular- Bakıda

Lent.az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Mərdəkan qəsəbəsinin ərazisində Bakı şəhər sakini Emin Cavadovun idarə etdiyi "VAZ-2107" markalı və Anar Əliyevin idarə etdiyi "Niva-Chevrolet" markalı avtomaşınlar toqquşub.
Sonradan toqquşan avtomaşınlardan biri yolu keçən Bakı şəhər sakinləri Sevil Yunusova, onun nəvəsi Lalə və Almaz Tağıyevanı vurub. Nəticədə S.Yunusova hadisə yerində ölüb, xəsarət almış Lalə və A.Tağıyeva xəstəxanaya yerləşdirilib.
Xəzər RPİ tərəfindən araşdırma aparılır.
AzNews.az