Azərbaycana saxta dərmanlar gətirən məşhur iş adamı İsveçrə məhkəməsinə verildi - ŞOK

Bu məsələ ilə bağlı Azərbaycan Ticarət Təşkilatının sədri Elxan Həsənli Sürix prokurorluğuna çağrıldı

İsveçrə Azərbaycan Ticarət Təşkilatının sədri Elxan Həsənli Sürix şəhər prokurorluğuna çağrılıb. AzNews.az-a açıqlama verən Elxan Həsənli bunu rəhbərlik etdiyi təşkilatın İsveçrənin müxtəlif qurumları ilə əməkdaşlıqla izah edib:

"Biz İsveçrənin müxtəlif qurumlarını informasiyalarla təmin edirik. Buraya xüsusilə İsveçrə bankları daxildir. Bu banklarda hesabları olan Azərbaycan vətəndaşları haqqında dosyelərin tərtib olunmasında yaxından iştirak edirik. Son çağrılma Azərbaycanda dərman pereparatları satan bir şirkətlə bağlıdır. Həmin şirkətin sahibi Azərbaycan vətəndaşıdır. Bu şəxs ölkəmizdəki iri iş adamlarından biridir. İstintaq sirri olduğu ücün şirkətin və onun sahibinin adını açıqlamağı məqsədəuyğun saymıram. Bu şirkət məşhur dərman pereparatlarını saxtalaşdıraraq, müxtəlif adlarla dərmanlar istehsal edir. Dərmanlar əsasən ücüncü dünya ölkələrində istehsal olunur və sağlamliğa ciddi təhlükə törədirlər. Ən maraqlısı odur ki, bu cür cinayət tərkibli əməllər İsveçrədə qeydiyyata alınmış bir şirkətin adı ilə həyata keçirilir. İsveçrə hüquq mühafizə orqanlarını da narahat edən məhz bu faktdır. Bu şirkətin sahibi və fəaliyyəti haqqında məlumat bölgüsü aparılır. İstintaq bitdikdən sonra həmin şirkətin sahibi məhkəmə qarşısında dayanacaq. Onun kimliyi də Azərbaycana məlum olacaq".

Ruhiyyə
AzNews.az