- Köhnə - Hadisə
- 3 İyul 2013 16:27
- 2 326
Azərbaycan Türkiyə Quru Qoşunları komandanını medallarla təltif edib
Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, H. Kıvrıkoğlu Fəxri xiyabanda Heydər Əliyev və akademik Zərifə Əliyevanın məzarlarını, Şəhidlər xiyabanını və Türk şəhidliyini ziyarət edib.
S. Əbiyev bu səfərin qarşılıqlı dostluq və qardaşlıq ənənələrinə söykəndiyini bildirib.
Görüşdə ölkələr arasında hərbi əməkdaşlığın perspektivləri, təlim və tədris prosesinin uzlaşdırılması istiqamətində faydalı fikir mübadiləsi aparılıb.
Azərbaycanın müdafiə nazirinin əmrinə əsasən, Türkiyə Silahlı Qüvvələri ilə Azərbaycan Silahlı Qüvvələri arasında hərbi əməkdaşlığın möhkəmləndirilməsi və inkişaf etdirilməsinə verdiyi böyük töhfələrə görə, ordu generalı Hayrı Kıvrıkoğlu "Hərbi əməkdaşlıq sahəsində xidmətlərə görə" və Azərbaycan Silahlı Qüvvələrinin "95 illik yubiley" medalları ilə təltif olunub.
AzNews.az