- Köhnə - Hadisə
- 8 İyul 2013 11:07
- 1 126
Havanın temperaturu düşəcək

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev açıqlamasında deyib ki, şimal-qərb küləyi, gecə və səhər arabir güclənəcək. Havanın temperaturu gecə 19-24 dərəcə, gündüz 28-33 dərəcə isti olacaq.
İyulun 10-da isə Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 19-23 dərəcə, gündüz 30-35 dərəcə isti olacaq.
İyulun 9 və 10-da Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək, lakin gecə və axşam saatlarında Böyük və Kiçik Qafqazın bəzi ərazilərində şimşək çaxacağı, leysan xarakterli qısa müddətli yağış yağacağı ehtimal olunur. İyulun 9-da havanın temperaturu Aran rayonlarında gecə 19-24 dərəcə, gündüz 31-36 dərəcə, dağlarda gecə 11-16 dərəcə, gündüz 20-25 dərəcə isti olacaq.
İyulun 10-da isə havanın temperaturu Aran rayonlarında gecə 19-24 dərəcə, gündüz 32-37 dərəcə 11-16 dərəcə, gündüz 22-27 dərəcə isti olacaq.
İyulun 11-dək Abşeron yarımadasında davamlı xəzri küləyinin əsməsi və iqlim normasına yaxın temperatur meteohəssas insanlar üçün əsasən əlverişlidir.
AzNews.az